Fifth Harmony-nin üzvü Camila Cabello qrupu tərk elədi

19

“Work from home” və “Worth it” mahnıları ilə yadda qalan dünyaca məhşur amerikalı qız qrupu Fifth Harmony artıq 4 nəfərdən ibarət olacaq. Dekabrın 19-u rəsmi «Twitter» səhifələrində  üzvlərdən biri Camila Cabellonun qrupu tərk etdiyi və solo karyeraya başladığı bildirilib.

Camila əvvəllər də  qrupdan kənar mahnılar yazıb ( Shawn Mendes və Machine Gun Kelly ilə duetləri). 20 yaşlı bu müğənni bir çoxları üçün Fifth Harmony qrupunun ən parlaq və orijinal üzvü sayılırdı.